BAKI, 14 may. TELEQRAF
Ermənistan parlamentinin sədri Alen Simonyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Ermənistan və Azərbaycan arasında sülhün təşviqi istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“İrəvan Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına verdiyi dəstəyə görə Qazaxıstana dərin minnətdarlıq ifadə edib”,- məlumatda deyilir.