
BAKI, 19 aprel. TELEQRAF
"Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin əsas hissəsini azad edib".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə başçısı Vladimir Putinə məruzəsində bildirib.
V.Gerasimov deyib: “Hazırda işğalın baş verdiyi bölgə ərazisinin əsas hissəsi azad edilib. Bu, 1260 kvadrat kilometr, 99,5 faiz təşkil edir".