BAKI, 19 aprel. TELEQRAF
Ekvadorun El Karmen kantonunda xoruz döyüşdürmə zamanı atışma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə mənbəyə istinadən “Ecuavisa” telekanalı məlumat yayıb.
Üç yük maşını ilə gələn hərbi geyimli 12 silahlı şəxs xoruz döyüşdürmə iştirakçılarına hücum edib. Nəticədə 11 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ehtimal olunur ki, hücum edənlər “Los Lobos” qruplaşmasının üzvləridir. Onların həmçinin 20 min dollar pul mükafatını da oğurladıqları bildirilir.
Yerli polis orqanları hazırda kütləvi qətli araşdırır.