BAKI, 18 aprel. TELEQRAF

Rusiya ordusu bu gün səhər Ukraynanın Xarkov vilayətinə raket hücumu həyata keçirib, nəticədə bir nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Teleqraf "unian.net"ə istinadla xəbər verir ki, ruslar Osnovyanski rayonunda çoxmənzilli yaşayış binalarını vurublar.

Bildirilir ki, hücum kaset mərmili raketlərlə həyata keçirilib.

Dağıntılar altında insanların qaldığı güman edilir.

Hadisə yerində xilasetmə işləri aparılır.