BAKI, 17 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin amerikalı sahibkar İlon Maskı sovet mühəndisi Sergey Korolevlə müqayisə edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, ölkə başçısı belə insanlara dünyada çox az rast gəlindiyini vurğulayıb.
V.Putin deyib: “Bunlar müəyyən bir fikrə aludə olan insanlardır. Belə xarakterə sahib adamlara nadir hallarda rast gəlinir".
Rusiya lideri Sergey Korolevin (onun rəhbərliyi altında yaradılan raketlərlə insanlar ilk dəfə kosmosa uçuşu edib) inanılmaz görünən ideyalarının müəyyən müddətdən sonra reallaşdığını da xatırladıb: “Marsa uçuş çox çətin məsələdir. Bu gün belə görünür. Bunu həyata keçirmək çox çətindir. Əgər maraqlanırsınızsa, yəqin ki, bundan xəbəriniz var”.