
BAKI, 17 aprel. TELEQRAF
ABŞ ötən ilin may ayında İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin qarşısını alıb.
Teleqraf xəbər verir ki, bu barədə "New York Times" (NYT) Ağ Evdəki mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, İsrail rəhbərliyi Vaşinqtonun zərbənin hazırlanmasında fəal iştirak edəcəyinə və İsraili İslam Respublikasının mümkün cavabından müdafiə edəcəyinə əmin idi. Hücumun İranın nüvə silahı yaratmaq qabiliyyətini ən azı bir il zəiflədəcəyi gözlənilirdi.
Bununla belə, ABŞ Prezidenti Donald Tramp Tehranla fikir ayrılıqlarını diplomatik yolla həll etmək qərarına gəlib və İsrailin Baş naziri Benyamin Netanyahuya İrana qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumat verib.