BAKI, 17 aprel. TELEQRAF
İndoneziyanın Sulavesi adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar təxminən 10 min insanın yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.