BAKI, 17 aprel. TELEQRAF

Milyarder İlon Mask Böyük Britaniya Ali Məhkəməsinin "qadın" ifadəsinin transgender qadınları təsvir etmək üçün istifadə edilə bilməyəcəyi barədə qərarını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Britaniya üçün yəqin ki, hələ də ümid var", - deyə, Mask bildirib.

Böyük Britaniyanın Ali Məhkəməsi aprelin 16-da “qadın” və “cins” ifadələrinin yalnız bioloji cinsiyyətə aid olması barədə qərar çıxarıb. Məhkəmə üçüncü bir cinsi tanımaqdan imtina edib.