BAKI, 11 aprel. TELEQRAF

"Türkiyənin heç kimin torpağında gözü yoxdur".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan aprelin 11-də 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində deyib.

“Bizim heç kimin torpağında gözümüz yoxdur. Bizi yeraltı deyil, yerin üstündə olanlar, insanlar, başqa sözlə həyat maraqlandırır. Bunu unutmayaq, rifah zülmlə əldə olunmaz”, - dövlət başçısı bildirib.