BAKI, 11 aprel. TELEQRAF

Rusiya Federasiyasının səfirliyi Ekvador Xarici İşlər Nazirliyindən Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ekvadordakı səfiri Vladimir Sprinçan məlumat verib.

Onun sözlərinə görə, rusiyalı diplomatlar Ekvador Xarici İşlər Nazirliyinin rəhbəri Qabriela Sommerfeld ilə söhbət edib. Söhbət zamanı nazir Rusiyaya qarşı belə hərəkətin edilməməli olduğunu vurğulayıb.

"Rusiya ilə Ekvador arasında 90 günə qədər vizasız ölkəyə giriş imkanı verən razılaşma olduğu üçün rusların ölkəyə giriş qadağalarının aradan qaldırılmasını tələb etdik. Turistlərə qarşı konkret iddialar izah edilmədən bu giriş qadağaları qanunsuzdur", - səfir qeyd edib.

Onun sözlərinə görə, son günlər ümumilikdə altı Rusiya vətəndaşının Ekvadora girişinə icazə verilməyib.