
BAKI, 3 aprel. TELEQRAF
Avropa ölkələri artıq Ukraynanın ümumi hərbi sursat tələbatının 50%-dən çoxunu təmin edir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Kallas bildirib ki, Ukraynaya yardımın mümkün qədər tez göstərilməsi vacibdir.
O, həmçinin qeyd edib ki, müxtəlif ölkələr bu məsələyə öz töhfələrini verir və hazırda Ukraynanın ehtiyac duyduğu sursatın 50%-dən çoxu artıq təmin edilib.