
BAKI, 24 mart. TELEQRAF
İsrail hakimiyyəti HƏMAS hərəkatının infrastrukturunu tamamilə məhv etmək məqsədi ilə Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazir Benyamin Netanyahu və ətrafı ABŞ-nin yeni administrasiyasının dəstəyinə və Livanda Hizbullahın mövqelərinin zəifləməsinə ümid edir.
“Qəzzada əsas ərazilərin ələ keçirilməsi HƏMAS-ı təcrid edəcək və onu resurslardan məhrum edəcək”, - deyə mənbələr izah ediblər.
Bununla belə, qələbə aylar, hətta illərlə çəkə biləcək yeraltı tunel şəbəkəsinin məhv edilməsini tələb edəcək.
Strategiyanın əleyhdarları, o cümlədən bəzi israilli siyasətçilər hesab edirlər ki, siyasi nizamlanma olmadan hərbi həll mümkün deyil.