
BAKI, 22 mart. TELEQRAF
Livan İsrailin şimal ərazilərini atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Livan ərazisindən İsrailin şimalına doğru ümumilikdə üç mərmi atılıb.
Atılan mərmilər İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu, ABŞ-Fransa vasitəçiliyi ilə 2024-cü il 27 noyabr tarixli atəşkəs razılaşmasından sonra İsrail ərazisinə Livandan atəş açılması ilə bağlı ilk hadisədir.
Sözügedən hücumun Qəzza zolağında döyüşlərin bərpa edilməsi fonunda baş verdiyi bildirilir.