BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın oğlu ilə gəzintiyə çıxıb.

Teleqraf xəbər verir ki, onlar Ağ Evdən çıxarkən kameralara tuş gəliblər.

Onlar birlikdə helikopterə miniblər.

Tramp və balaca X-in bu görüntüləri sosial şəbəkələrdə gündəm olub.