
BAKI, 27 fevral. TELEQRAF
Hazırda ABŞ Hökumətinin Səmərəlilik Departamentinin (DOGE) rəhbəri olan İlon Mask, 5 il əvvəl Prezident Donald Trampı söyübmüş.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"COVID-19 pandemiyası 2020-ci ildə dünyanı bürüməzdən bir neçə həftə əvvəl İlon Mask "Tesla" şirkəti ilə bağlı müzakirələr aparmaq üçün Tramp ilə Ağ Evdə görüşüb. Lakin prezidentlə görüşmədən əvvəl Mask Trampa arxasından "lənətə gəlmiş axmaq" ifadəsini işlədib", - məlumatda deyilir.