BAKI, 18 fevral. TELEQRAF

Rusiya və ABŞ arasında danışıqların başlanması Moskva və Tehran arasındakı əməkdaşlığa heç bir təsir göstərməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Moskva və Tehran arasındakı qarşılıqlı əlaqə Rusiya-ABŞ münasibətləri ilə heç bir şəkildə əlaqəli deyil", - o vurğulayıb.