BAKI, 17 fevral. TELEQRAF

"Almaniya yenidən azad edilməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bildirib.

O, "X" istifadəçisinin "Almaniyanı yenidən “azad etməyin” vaxtı deyilmi" sualına cavab olaraq, "Almaniya yenidən azad edilməlidir” sözlərini yazıb.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask daha öncə Almaniyanın ultrasağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstək verməkdə ittiham olunub.

O, açıq şəkildə “yalnız AfD Almaniyanı xilas edə bilər” bəyanatını verib. Avropa liderləri Maskı Almaniyadakı siyasi proseslərə müdaxilədə, nifrət yaymaqda və nasizmin varislərinə dəstək verməkdə ittiham ediblər.