
BAKI, 15 fevral. TELEQRAF
Ərəb ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzzadan fələstinliləri çıxarmağı nəzərdə tutan planına alternativ addım atmağı düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Qəzzanın gələcəyi üçün dörd təklif hazırlanıb. Təkliflər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək görüşdə müzakirəyə çıxarılacaq. Həmin görüşdə Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iştirak edəcək", – məlumatda deyilir.