BAKI. 10 fevral. TELEQRAF

Amerikanın Sagertaun şəhərində (Pensilvaniya ştatında) “LORD Corporation” zavodunda partlayış baş verib.

Teleqraf "Yourerie"ə istinadən xəbər verir ki, hadisə nəticəsində zavodun 7 əməkdaşı və 6 yanğınsöndürən xəsarət alıb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə gələndən sonra güclü partlayış baş verib.

Yanğın söndürülüb.

Hadisənin səbəbi aydınlaşdırılır.