BAKI, 9 fevral. TELEQRAF
Amerikalı sahibkar İlon Mask ABŞ-ni Cənubi Afrikanın İqtisadi Azadlıq Mübarizləri Partiyasının lideri Julius Malemaya qarşı sanksiyalar tətbiq etməyə və onu ağdərililərə qarşı zorakılıq çağırışlarına görə beynəlxalq cinayətkar elan etməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Malemaya qarşı dərhal sanksiya tətbiq edin və onu beynəlxalq cinayətkar elan edin!" - o yazıb.
Qeyd edək ki, daha əvvəl Tramp Cənubi Afrikaya yardımı dayandıracağını bəyan edib. O qeyd edib ki, Cənubi Afrika torpaqları müsadirə edir və bəzi təbəqələrə çox pis münasibət göstərir.