TBİLİSİ, 9 fevral. TELEQRAF

Amerikalı iş adamı İlon Mask bildirib ki, “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyaları bağlanmalıdır, çünki onlara heç kim qulaq asmır və fəaliyyətlərinə ildə təxminən 1 milyard dollar xərclənir.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

"Bəli, onları bağlayın. Avropa indi azaddır (boğucu bürokratiyadan başqa). Artıq heç kim onlara qulaq asmır", - o deyib.

Onun fikrincə, bu radiostansiyaları "öz-özünə" danışan radikal solçular idarə edir. Eyni zamanda, bu qurumların maaliyyələşməsinə təxminən 1 milyard dollar xərclənir.

“Azadlıq radiosu" və "Amerikanın səsi" bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.