Türkiyənin ilk atom elektrik stansiyası olacaq “Akkuyu”-nun üçüncü enerji blokunda reaktor quraşdırılıb, ikinci blok nüvə yanacağı ilə təmin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rosatom”-un törəmə müəssisəsi Akkuyu Nuklear"-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Akkuyu” AES hər birinin gücü 1200 MVt olacaq 4 enerji blokundan ibarət olacaq.