Rusiya Prezidenti Vladimir Putin "hansı yaşayan və ya mərhum şəxsiyyətlərlə çay içmək istəyərdiniz" sualına ailəsi və dostları ilə daha tez-tez görüşmək istədiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında danışıb.

“Yaşayan şəxsiyyətlərdən dostlarımla, yaxınlarımla daha tez-tez görüşmək istəyərdim. Onlarla çay içmək, söhbət etmək istəyərdim”, - Putin bildirib.