ABŞ Rusiyanın Ukraynaya orta mənzilli "Oreşnik" raketi ilə zərbəsindən əvvəl Ukrayna və müttəfiqləri ilə məsləhətləşmələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə məlumat verib.

“Biz Ukraynaya, eləcə də ən yaxın müttəfiqlərimiz və tərəfdaşlarımıza hazır olmaq üçün danışdıq” - o deyib.

Jan-Pyer həmçinin qeyd edib ki, Amerika hakimiyyəti Rusiyanın analoji hərəkətləri fonunda öz nüvə doktrinasına dəyişiklik etmək niyyətində deyil.