
"Braziliyanın Venesuelanın BRİKS-ə qoşulmasını əngəlləmək qərarı izaholunmaz və əxlaqsız təcavüzdür".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil öz "Telegram" kanalında bildirib.
“Səfir Eduardo Paes Saboyanın rəhbərlik etdiyi Braziliya Xarici İşlər Nazirliyi Boliviyanın BRİKS-ə qoşulmasının qarşısını almaq qərarına gəlib ki, bu da Venesuelaya qarşı təcavüzdür.İnqilabçı Venesuela xalqına qarşı tətbiq edilən sanksiyaların cinayət siyasətini tamamlayan düşmənçilik jestidir. ”, - nazir bildirib.