ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “ABŞ-yə düşmən olan” xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.

Hücumda İrandan olan hakerlər şübhəli bilinir.

Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıb.