Çin Xalq Azadlıq Ordusunun hərbçiləri birgə təlimlərdə iştirak etmək üçün Belarus gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi heyət iyulun 8-dən 19-dək keçiriləcək birgə antiterror təlimində iştirak edəcək”, - nazirliyin açıqlamasında deyilir.

MN həmçinin qeyd edir ki, birgə təlimlər təcrübə mübadiləsinə, Belarus və Çin bölmələrinin koordinasiyasına, birgə hərbi təlim sahəsində Belarus-Çin əlaqələrinin gələcək inkişafı üçün zəmin yaratmağa imkan verəcək.

Belarusun “Qayun” Teleqram kanalı yazır ki, Çin təyyarəsi ilk dəfə olaraq Baranoviçi hərbi aerodromuna enib.