Özbəkistanın Fərqanə vilayətində karaoke-kafedə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində 6 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Bildirilir ki, yanğın söndürülüb, hadisə ilə bağlı araşdırma aparılır.