“Mən “Nemesis” abidəsinin ucaldılmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasətinə uyğun deyil və ola da bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O qeyd edib ki, indi Türkiyə ilə münasibətlərin həlli üçün indi unikal tarixi fürsətdir: “Erməni tərəfi buna hazırdır”.

Qeyd edək ki, "Nemesis" abidəsi bu il aprelin 23-də İrəvanda ucaldılıb.

“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilənlər arasında Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri də olub.