Dubayda yaşayış binasında baş verən yanğında azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti xəbər verib.

Məlumata əsasən, şənbə günü yerli vaxtla saat 12:35-də xilasedicilərə Ər-Raas ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, yanğına səbəb yanğın təhlükəsizliyi tələblərinə riayət edilməməsi olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.