Rusiyanın Krasnodar diyarında baş verən yanğında üç azyaşlı ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Oktyabrski kəndində yerləşən fərdi yaşayış evində baş verib.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 3 azyaşlı uşağın meyiti tapılıb. Onların anası, eləcə də 7 və 12 yaşlı qız uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açılıb.