Somalinin Mahas şəhərində iki minalanmış avtomobilin partlaması nəticəsində 35 nəfər həlak olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə deputatın ofisinin qarşısında baş verib.

Ölənlərin sayının çox olduğu ehtimal edilir. Aralarında vəzifəli şəxslər də var.

Partlayış nəticəsində içərisində yerli məmurların yaşadığı evlər də daxil olmaqla bir neçə binaya ciddi ziyan vurub.