Bu gün Türkiyə və İsrailin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Eli Koen arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çavuşoğlu Koeni yeni təyinatı münasibətilə təbrik edib.
Nazirlər telefon danışığı zamanı ölkələr arasında münasibətlərin yaxşılaşdırılması barədə razılığa gəliblər.
Nazir Çavuşoğlu Fələstin məsələsində Türkiyənin həssaslığını və gözləntilərini Koenə xatırladıb və bu kontekstdə Ankaranın İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl- Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətlərini qəbuledilməz hesab etdiyini vurğulayıb.