Türkiyədə hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə Konya-Ankara yolunda baş verib.

Bildirilib ki, qatı dumanda hərbi maşın TIR-la toqquşub.

Qəzada həlak olanlardan biri zabitdir. Daha 2 hərbçi isə yaralanıb.