Türkiyənin Osmaniyə şəhərində meşə yanğını olub.
Teleqraf.com xəbər verir ki, yanğının söndürülməsi üçün intensiv tədbirlər görülüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğının yayılma riskini aradan qaldırmaq üçün qonşu şəhərlərdən yanğınsöndürmə briqadaları səfərbər edilib.
Beş saatdan sonra görülmüş müvafiq tədbirlər nəticəsində qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır.