Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Muğla şəhərinin Dalaman hava limanında olub. Türkiyə prezidenti bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.