Teleaparıcı Vladimir Solovyov Rusiya Liberal-Demokrat Partiyasına rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Vladimir Solovyov RLDP-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edir”, - SolovyovLive-in mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.

RLDP lideri Vladimir Jirinovski aprelin 6-da 75 yaşında vəfat edib. O, Moskvadakı “Novodeviçye” qəbiristanlığında dəfn edilib.

Siyasətçi ilə vida mərasimi İttifaqlar Evinin Sütunlar zalında baş tutub. Onun dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.