Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin. Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə dövlət başçısının fərmanında bildirilir.
Hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.