Hindistan 5000 kilometr mənzilə malik nüvə başlığı yerləşdirilə bilən qitələrarası ballistik raketi sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, Hindistan hökumətindən verilən açıqlamada ölkənin şərq sahilindəki bir adadan atılan 5 min kilometr mənzilli “Aqni-5” raketinin sınağının uğurla keçdiyi bildirilib.
Açıqlamada raket sınağının “minimum çəkindirmə siyasəti”nə uyğun olduğu deyilib.
Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çayları, gölləri, buzlaqları və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.
Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş ştatının 90 min kvadrat kilometr ərazisinə iddia etdiyi halda, Dehli Aksay yaylasının 38 min kvadrat kilometrinin Çin tərəfindən işğal edildiyini deyir.
Uzun illər davam edən danışıqlara baxmayaraq, tərəflər suverenlik mübahisələrini həll edə bilmirlər.