Gürcüstanın Batumi şəhərində yaşayış binasının uçması nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından çıxarılan qadın vəfat edib.

Teleqraf.com xəbər verir ki, bununla da şəhərdəki yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

“35 yaşlı qadın keçindi.. Beləliklə, ölənlərin ümumi sayı altıya çatdı”, - deyə “Sputnik Gürcüstan” bildirir.

Qeyd edilir ki, xilasedicilər ən azı üç nəfəri axtarırlar.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə yaşayış binasının uçması ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfərin həbs olunduğunu açıqlayıb.