
Daha 3 televiziyanın translyasiyası qadağan ediləcək
Ukraynanın Televiziya və Radio Yayımı üzrə Milli Şurası Rusiyanın “TV Sentr - İnternational”, “Life News”, “REN TV” telekanallarının ölkə ərazisində yayımının qadağan edilməsi üçün məhkəməyə müraciət edib.
Teleqraf.com-un RİAnovosti-yə istinadən verdiyi xəbərə görə, televiziya və adio yayımı şurası rəsmi monitorinqdə aşkarlanan xoşagəlməz faktlara əsaslanaraq, bu qənaətə gəlib.
Şura provayderlərə də rəsmi müraciət göndərərək, müvafiq telekanalların retranslyasiyasının dərhal dayandırılmasını tələb edib. Xatırladaq ki, bir müddət öncə Rusiyanı daha 4 kanalının – “Rossiya 24”, ORT, RTR “Planeta” və “NTV-Mir”in Ukrayna ərazisində yayımı dayandırılıb.
Nail Cəlil