BAKI, 5 noyabr. TELEQRAF

Azərbaycanlı kikboksçu Ayxan Əzizov 24 ay müddətinə diskvalifikasiya edilib.

Bu barədə Teleqraf-a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

Buna səbəb 17 yaşlı idmançının antidopinq qaydalarının pozması olub. Onun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkarlanıb.

Cəzanın başlama tarixi oktyabrın 1-dən hesablanır.