BAKI, 13 oktyabr. TELEQRAF
Perunun paytaxtı Limada keçirilən Qran-pridə daha bir cüdoçumuz medal qazanıb.
Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.