BAKI, 22 sentyabr. TELEQRAF

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edərək, 1 qızıl və 2 bürünc medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından Teleqraf-a verilən məlumata görə, yığmanın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Millimizin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.