BAKI. 26 iyun. TELEQRAF
Paris-2024 Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran sərbəst güləşçi Hacı Əliyevə vəzifə verilib.
Teleqraf-ın məlumatına görə, 34 yaşlı veteran pəhləvan bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək.
2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Hacı Əliyev bir müddət əvvəl Teleqraf-a müsahifəsində AGF-də işlə təmin olunacağını açıqlamışdı.