BAKI, 10 fevral. TELEQRAF
Azərbaycanın veteran sərbəst güləşçisi Hacı Əliyevə vəzifə veriləcək.
Bu barədə Teleqraf-a 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.
34 yaşlı idmançı Azərbaycan Güləş Federasiyasının onu işlə təmin edəcəyinə söz verdiyini bildirib: "Düzdür, hazırda Azərbaycan Güləş Federasiyasında heç bir vəzifədə çalışmıram. Amma söz verilib. Yəqin ki, bu yaxınlarda hansısa işlə təmin olunacağam. Yenə də öz milli komandamızın yanında qalmaq, onlarla birlikdə çalışmaq mənim üçün ən vacib məsələdir".
Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub.