BAKI, 19 İYUN. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 1/4 final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi, dünya və 4 qat Avropa çempionu Quram Tuşişvili olub.

Qarşılaşmadan məğlub ayrılan Kokauri mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Rəqib isə çexiyalı 2 qat olimpiya, 4 qat dünya və 3 qat Avropa çempionu Lukas Krpalek olub. Azərbaycan cüdoçusu qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, son görüşündə tacikistanlı Temur Raximovla qarşılaşacaq.

*** 15:49

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 1/8 final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Türkiyə təmsilçisi Munir Ertuğ olub.

Görüşdən qalib ayrılan Kokauri 1/4 finala yüksəlib. O, növbəti mərhələdə Gürcüstan təmsilçisi Quram Tuşişvili ilə üz-üzə gələcək.

Qeyd edək ki, Uşangi Kokauri mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk görüşündə serbiyalı İqor Vraçara, 1/16 finalda isə kubalı Endi Qrandaya qalib gəlib.