BAKI, 4 iyun. TELEQRAF
Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanan Azərbaycan Muay Tay Fedarasiyasının prezidenti Araz Musayevin vəziyyəti ağırlaşıb.
Teleqraf-ın xəbərinə görə, bunu hazırda Türkiyədə xəstəxanada müalicə olunan
idmançı sosial şəbəkə hesabında yazıb.
"Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - o bildirib.
Federasiya rəhbəri ona qarşı sui-qəsddə şübhəli bilinənlərin məhkəməyə aparıldığı fotonu da paylaşıb.

Qeyd edək ki, Araz Musayevə qarşı sui-qəsddə iştirak edənlər və şübhəlilər Antalya Cumhuriyyyət Məhkəməsinə aparılıblar. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir. Onlardan Elşən Abdulrəhmanov Azərbaycan Kikboksinq Fedarasiyasının I vitse-prezidenti, Azər Həsənsoy Azərbaycan Uşu Sanda Federasiyasının prezidentidir.