
BAKI, 11 aprel. TELEQRAF
Bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək.
Teleqraf xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 təmsilçisi döşək üzərinə çıxacaq.
Yunan-Roma güləşi üzrə ikiqat qitə çempionu Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə qarşılaşacaqlar.
Bu gün həmçinin Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) üçüncü yer uğrunda görüşdə finlandiyalı Cenna Hemyae münasibətlərə aydınlıq gətirəcək. Əliyeva yarımfinalda zədələndiyi üçün məğlub olmuşdu.
Qeyd edək ki, yunan-Roma güləşçiləri 11 - 13 apreldə mübarizə aparacaqlar.
55 kq
1/4 final. Eldəniz Əzizli - Koryun Sahradyan (Ukrayna) / Vaxtanq Lolua (Gürcüstan) cütünün qalibi
63 kq
Təsnifat mərhələsi. Murad Məmmədov - Qleb Makarenko (UWW)
77 kq
1/8 final. Sənan Süleymanov - Ahmet Yılmaz (Türkiyə)
87 kq
Təsnifat mərhələsi. İslam Abbasov - Şimon Şimonoviç (Polşa)
130 kq
Təsnifat mərhələsi. Beka Kandelaki - Mixaylo Vişnevetski (Ukrayna)