
BAKI, 22 mart. TELEQRAF
Bu gün Azərbaycanın daha 5 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə qoşulacaq.
Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində Qədir Hüseynov 1/32 final mərhələsində moldovalı Viktor Sterpu ilə üz-üzə gələcək. Eyni çəkidə yarışan Rüfət Şövlətov isə 1/16 finalda Alberto Qaitero Martin (İspaniya) - Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə qarşılaşacaq.
81 kq-da Məhərrəm İmamverdiyev 1/32 finalda İsrail təmsilçisi Yaniv Aqronovla münasibətlərə aydınlıq gətirəcək.
Qadınların yarışında 70 kq çəki dərəcisinin 1/16 final mərhələsində Günel Həsənli sloveniyalı Kaya Şusterlə, Südabə Ağayevə isə Gioya Vetterli ilə döyüşəcək.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqə turnirində ümumilikdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Yarışa martın 23-də yekun vurulacaq.